Bölgə xəbərləri

KİV: İran uranı Natanzda zənginləşdirir

11 oktyabr / 09:18 1 dəq
94d786bb 6632 3792 85ac ad6e0176be9b
11 oktyabr / 09:18
Burada sizin reklamınız ola bilər

İran Natanzdakı yeraltı qurğuda IR-6 sentrifuqalarının üçüncü kaskadında uranı zənginləşdirməyə başlayıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Reuters” Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məxfi hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bu, sözügedən obyektdə işə salınan üç kaskaddan sonuncudur. Hesabata əsasən, İran AEBA-nı Natanzda quraşdırılması üçün nəzərdə tutulan 12 kaskaddan əlavə IR-2m sentrifuqalarının əlavə üç kaskadını quraşdırmaq niyyətində olması barədə xəbərdar edib.

Bundan əlavə, AEBA-ya məlumat verilib ki, müəssisədə IR-4 sentrifuqalarından ibarət kaskad və 6 kaskad IR-2m sentrifuqa quraşdırılıb, lakin onlardan hələ uranın zənginləşdirilməsi üçün istifadə edilmir.

Paylaş
Burada sizin reklamınız ola bilər