Şəmkirdə bıçaqlanma xəsarət alan var
Şəmkir rayonunda yerli sakin naməlum şəraitdə bıçaq xəsarəti alıb.
“Qərb Xəbər”in məlumatına görə, rayonun Qaracəmirli kənd sakini, 1989-cu il təvəllüdlü T.Yusifov naməlum şəraitdə bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı