Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Qazaxda Qadın hüquqlarına dair təlim keçirilib

4 oktyabr / 14:38 3 dəq
Photo1664879337
4 oktyabr / 14:38
Burada sizin reklamınız ola bilər

Qazada Qadın hüquqlarına dair təlim keçirilib

30 sentyabr və 1oktyabr 2022-ci ildə Qazax rayonunda regional QHT-lərin qadın hüquqlarına dair həm milli, həm də beynəlxalq müdafiə mexanizmləri haqqında məlumatlılığını artırmaqla, qadınların hüquqlarını təşviq etmək və qadın hüquqları üzrə insan hüquqlarının müdafiəsi və təbliğat işində onların rolunun artırılmasına kömək etmək məqsədi ilə təlim təşkil olunub.
Dilarə Əliyeva adina Azərbaycan Qadınlarının hüquqlarını Müdafiə Cəmiyyətinin tərəfdaşı olduğu layihə Avropa İtiffaqı tərəfindən maliyyələşdirilən BMT-nin İnsan hüquqları üzrə Ali Komisarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilib.
“Qərb Xəbər” xəbər verir ki, layihənin ümumi məqsədi qadın hüquqlarına dair milli və beynəlxalq müdafiə mexanizmlərindən istifadə etməklə qadınların hüquqlarının təşviqi və müdafiəsində regional QHT-lərin potensialının artırılması yolu ilə qadın hüquqlarının müdafiəsini gücləndirməkdir.

Qeyd edək ki, Layihə çərçivəsində 6 rayonda-(Masallı, Lənkəran, Astara, Balakən, Zaqatala, Qazax), fəaliyyət göstərən QHT-lərin (rayon və kəndlərdə) nümayəndələrindən 6 qrup və hər qrupda 25 nəfər olmaqla 150 nəfər hər üç fəaliyyət istiqaməti üzrə birbaşa faydalanacaqdır. Pandemiya şəraitini nəzərə alaraq bu qruplar 2 yerə bölünəcək və hər dəfə yarım qrup olmaqla 2 gün seminar – treninglər keçiriləcəkdir. Regionlara 3(üç) fəaliyyət istiqaməti üzrə səfərlər olacaq və hər regionda 6 gün(ümumilikdə 36 gün) tədbir(təlim və seminarlar) keçiriləcəkdir. Regional koordinatorların vasitəsi ilə hər 3 fəaliyyət istiqaməti üzrə tədbirlərdə eyni QHT-lərin iştirakı təmin olunacaqdır. Qadın Hüquqları Cəmiyyəti iştirakçıların ən azı 50%-nin qadın olmasını təmin edəcək.photo1664879486photo1664879327photo1664879463photo1664879290photo1664879275photo1664879352

Ülviyyə Həsənli

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı