Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərib

25 sentyabr / 08:28 2 dəq
0df36c51471e89cab8d5d7992bbdfdfe
25 sentyabr / 08:28
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2022-2023-ci tədris ili üçün dərslik vəsaiti göndərib. Qərb xəbər  24News.ge yə istinadən xəbər verir ki, dərs vəsaitləri Azərbaycanın Təhsil Nazirliyi və  Gürcüstandakı səfirliyin məsul əməkdaşlarının iştirakı ilə ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib. Azərbaycanın Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Gürcüstanın azərbaycandilli orta məktəblərinə 18 adda 21 703 nüsxə dərslik göndərib. Vəsaitlərə I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri daxildir.  Dərsliklərin azərbaycandilli məktəblərə paylanılması prosesinə yaxın günlərdə start veriləcək. Proses Gürcüstan Elm və Təhsil Nazirliyinin xətti ilə regional təhsil resurs mərkəzləri vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında, Gürcüstanda yaşayan azərbaycanlılar üçün hər il Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərslik və digər metodik vəsaitlər pulsuz olaraq göndərilir. Bu günədək Gürcüstana çatdırılan dərslik və digər metodik vəsaitlərin sayı 650 minə yaxındır.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı