“Son 8 ayda Yanvar və avqust aylarında Azərbaycan keçən ilə nisbətən buğda idxalını artırıb.
Azərbaycan əsasən buğdanı Rusiya dövlətindən idxal edir. Düzdür, bir hissəsini Qazağıstandan idxal edib amma çox az bir hissəsini. Bu il Rusiyada məhsul istehsalı artıb. Təəssüflər olsun ki, dünya bazarında buğdanın qiymətində enmə müşahidə edildiyi halda Rusiyanın istehsal etdiyi buğdanın demək olar ki, bizə ixrac etdiyi buğdanın qiyməti keçən aydakı səviyyədə qalıb. Yəni bir o qədər də aşağı düşməyib”.
Bu sözləri “Qərb Xəbər”ə Azərbaycan kənd təsərrüfatı üzrə aparıcı ekspert Vahid Məhərrəmov danışıb. O, qeyd edib ki, Azərbaycan dövləti demək olar ki, Ukraynadan buğda idxal etmir :”Azərbaycan digər ölkələrdən daha ucuz buğda idxal etmək imkanı yoxdur. Ona görə ki, daha çox buğdanı istehsal edən ölkələr, ixrac edən ölkələr məsafəyə görə bizdən çox uzaqdır. Azərbaycanın Rusiydan buğda istehsalını artırdığı üçün elə bir problem yoxdur. Yalnız problem ondan ibarətdir ki, Azərbaycan 4-cü və 5-ci sinif buğdadan istehsal edir. Həmin buğdadan çörək bişirmədə istifadə edilmədiyi üçün bizim əldə etdiyimiz çörəyin keyfiyyəti aşağıdır. Əksər ölkələrdə isə çörək bişirmədə 1,2,3-cü sinif buğdadan istifadə edilir.”
Vahid Məhərrəmov həmçinin bildirib ki, Azərbaycanda bu il istehsal etdilən buğda keçən il istehsal edilən buğdanın səviyyəsindən 150 min ton azdır. Yəni, Azərbaycan buğda istehsalını 150 min ton azaldıb. Əlbəttdə gələcəkdə müəyyən problemlər yarana bilər. Problemə səbəb isə Qara dənizdə loqistika probleminin öz həllini tapmamağıdır. Buda Rusiya və Ukrayna arasında gedən müharibə ilə bağlıdır. HazırdaTürkiyənin dəstəyi vasitəsi ilə kənd təsərrüfatı məhsulları xüsusəndə buğdanın ixracı olunur. Müharibələr səngimədiyi müddətdə biz əmin ola bilmərik ki, sabah bu problemlər yenidən baş verməyəcək. Həmcinin bizim buğda ehtiyatımız az olduğu üçün gələcəkdə buğdanın qiymətində artım baş verərsə biz məcbur olub baha qiymətə buğda alacağıq.
Sonda ekspert qeyd edib ki, Azərbaycan özünü ərzaq buğdası ilə tam təmin edə bilmədiyi və dünya bazarından asıllı vəziyyətdə qaldığı üçün bizdə mütləq qiymət dəyişmələri baş verəcək.
Ülviyyə Həsənli
Qərb Xəbər