Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Son təxribatlar Tovuz döyüşlərini xatırladır” – RƏY

14 sentyabr / 13:33 3 dəq
6319b75c1a2106319b75c1a21116626297246319b75c1a20e6319b75c1a20f
14 sentyabr / 13:33
Burada sizin reklamınız ola bilər

Sentyabrın 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Ekspertlər bildirir ki, bu, Ermənistanın revanşist siyasətinin nəticəsidir. Politoloqların sözlərinə görə, indi baş verənlər 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır. Belə ki, Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Son hadisələr bir daha təsdiqlədi ki, İrəvanın regiondakı yeni reallıqları dəyişdirmək istiqamətində atdığı addımlar ən çox bu dövlətin özünə ziyandır.

Deputat Cavid Osmanov  bildirib ki, son təxribatlar Ermənistanın revanşist siyasətini bir daha nümayiş etdirir:

“Bu, qarşı tərəfin yeni reallıqları qəbul etmədiyini göstərir”.

Deputatın sözlərinə görə, Ermənistan Azərbaycana qarşı uzun müddətdir təxribatlar hazırlayırdı:

“Yayılan dezinformasiyalar, üçtərəfli razılaşmalaırn şərtlərindən boyun qaçırılması bu məqamı təsdiqləyir. Ümumiyyətlə, İrəvan indiyədək əldə olunan bütün razılıqları sabotaj edir. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistan öz ordusunu bərpa etməyə çalışırdı. Ermənistan ABŞ, Rusiya və Avropa ölkələri ilə təmaslar nəticəsində ordu quruculuğu prosesini sürətləndirməyə çalışırdı. Həmçinin dövlət sərhədində erməni hərbi birləşmələrinin cəmləşdiyi müşahidə olunurdu. Ermənistan baş naziri Nikol Paşinyan Vladivastok səfəri çərçivəsində növbəti təxribatlara, revanşist cəhdlərə işarə vurmuşdu. Əlbəttə, Azərbaycan Ordusunun qətiyyəti, ayıq-sayıqlığı nəticəsində provokasiyaların qarşısı alındı. Qarşı tərəfin 200-dən artıq canlı qüvvəsi məhv edildi, mühüm strateji yüksəkliklərdə nəzarətimizi təmin etdik”.

C.Osmanov vurğulayıb ki, baş verənlər 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır:

“Eyni ssenari təkrarlanır. Biz o vaxt olduğu kimi, yenə də düşmənin sabotaj cəhdini qətiyyətlə almışdıq. Əsas fərq odan ibarət idi ki, o zaman torpaqlarımız işğal altında idi. İndi isə biz tarixi ərazilərimizi azad etmişik. Bir sözlə, Ermənistanın bundan sonrakı təxribatlarının qarşısı da alınacaq. Ümumiyyətlə, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasını istəmir. Düşmənin ərazi iddiaları davam edir. Bununla əlaqədər olaraq beynəlxalq ictimaiyyət qarşı tərəfə təzyiqləri artırmalıdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı