Bölgə xəbərləri

Bu gün İlham Əliyev Paşinyanla görüşəcək

31 avqust / 10:15 1 dəq
98a2791a0b3eda84e380e8ea20b9d2c6 l g r 1 jpg
31 avqust / 10:15
Burada sizin reklamınız ola bilər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
“Qərb Xəbər” xəbər verir ki, üçtərəfli görüş Brüsseldə baş tutaca

Ötən həftə Şuşada mediaya açıqlama verən Prezidentin köməkçi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilib.
Paylaş
Burada sizin reklamınız ola bilər