Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

DYP sürücü və piyadalara müraciət etdi

27 avqust / 13:16 2 dəq
FotoJet (2) (1)
27 avqust / 13:16
Burada sizin reklamınız ola bilər

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və piyadalara müraciət edib.

BDYPİ-nin rəsmisi Mübariz Ağayev bildirib ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməməsi növbəti dəfə faciə ilə nəticələnib.

Belə ki, avqustun 26-sı saat 23 radələrində Bakı şəhər sakini Faiq Quliyev idarə etdiyi “Toyota Prius” markalı 77-PJ-712 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Səbail rayonunda hərəkətdə olarkən yolu keçən üç piyadanı vurub.

Nəticədə Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Yusif Türksoy hadisə yerində həyatını itirib, digər piyadalar – 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızı və 1988-ci il təvəllüdlü İsmayılova Gülnar Muxtar qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

“Təəssüf ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin başvermə səbəblərindən biri də yuxarıda adları qeyd olunan şəxslərin ərazidə yeraltı piyada keçidinin olmasına baxmayaraq, avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.

Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək onları sözügedən yol qəzasının başvermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır”, – deyə o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı