Bölgə xəbərləri

Hafiz Paşayev yenidən qurulan Qazax Müəllimlər Seminariyasında görülmüş işlərlə tanış olub

23 avqust / 11:40 2 dəq
41c9a53b4230f2e43e2310d8150a8437
23 avqust / 11:40
Burada sizin reklamınız ola bilər

ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur.

Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya yeni görkəm verilir.

Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsinin  bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq.

Avqustun 22-də ADA Universitetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan “İsrafil Ağanın hamamı”nda, Qazax “Cümə” məscidində görülmüş işlərlə yaxından tanış olub.

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər