Bölgə xəbərləri

Azərbaycanın iki hərbçisi Laçında minaya düşüb

22 avqust / 12:19 1 dəq
Mina
22 avqust / 12:19
Burada sizin reklamınız ola bilər

Laçında Azərbaycanın iki hərbçisi minaya düşüb.

Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

“Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır”, – məlumatda bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər