Dünya

KİV: Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsinə order verə bilər

30 aprel / 09:56 1 dəq
663085b076fb6663085b076fb71714455984663085b076fb4663085b076fb5
30 aprel / 09:56
Burada sizin reklamınız ola bilər

Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu da daxil olmaqla, İsrail hakimiyyətində təmsil olunan bəzi şəxslərin həbsinə qərar verə bilər.

Qerbxeber.com məlumatına görə, bu iddia ilə “Bloomberg“ çıxış edib.

Nəşr yazır ki, bu addım Qəzza sektorunda sülhə nail olunması yolunda ciddi maneə yaratmaqla yanaşı, əldə olunacaq potensial atəşkəs razılaşmasının icrasını mümkünsüz edəcək.

Müəllifin qənaətincə, hazırda rəsmi Vaşinqton məhz bu səbəbdən İsrail tərəfinin danışıqlardan imtina edəcəyindən ehtiyatlanır.

Ötən gün Ağ Evin mətbuat katibi Karin Jan-Pyer mətbuata açıqlamasında ölkəsinin bu addımı dəstəkləmədiyini bəyan edib.

İddialara görə, B.Netanyahu ABŞ prezidenti Co Baydenə zəng edərək, bu qərarın icrasını dayandırmaqda dəstək verilməsini xahiş edib.

Paylaş
Burada sizin reklamınız ola bilər