Bölgə xəbərləri

Ağa Salamov: Yerli təsərrüfatı gücləndirmək lazımdır

18 avqust / 16:01 3 dəq
Male farmer who is using shovel dig soil his rice fields 1150
18 avqust / 16:01
Burada sizin reklamınız ola bilər

Kənd təsərrüfatına dəstək göstərilməsə, fermerleri maraq kəsb edən bir siyasət olmasa qiymət artımı qaçılmazdır. 1 ay bundan qabaq Baş Nazir Əli Əsədov: “Ət məhsullarının qiyməti düşəcək”.

Məsələ ilə bağlı “Qərb Xəbər”ə qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov danışıb.

1639761235_2

Onun sözlərinə görə, bu qərar identivləşdirmə zamanı 1 heyvan üçün 5 manat xərcin azaldılması demək idi: “Buda ət məhsullarının qiymətinin ucuz olacağını dəlalət edirdi. Amma təbii ki, biz bunun əksini gördük. Bu mümkün olacaq bir şey deyil. Çünki, təsərrüfata çox təəssüflər olsun ki, dəstək olunmur. İnsanlar iribuynuzlu və xirdabuynuzlu heyvanların nəslinin artırılmasında maraqlı olmalıdırlar. Hazırda fermerlər barmaqla sayılası qədərdir. Ümumiyyətlə əsasən Kənd Təsərrüfatı Nazirliyi bunu diqqətdə saxlamalıdır, və yerli məhsulların əkilməsində maraqlı olmalıdır. Bu zaman isə yemin və digər heyvan qidalarınında qiyməti düşəcək”.

O qeyd edib ki, kənd təsərrüfatına üstünlük verilməlidir: “Cənab prezidentdə öz çıxışı zaman qeyd etdi ki, işğaldan azad olunan torpaqlarda geniş miqyaslı əkinçiliyə başlamaq lazımdır. Azərbaycan hazırda ailə təsərrüfatına üstünlük verilmir. Bu gün kəndli manopoliya olduğu üçün əkdiyi məhsulu şəhərə çıxardıb sata bilmir. Kəndliyə əkdiyi məhsulu satmaq üçün şərait yaratmalıdırlar ki, kəndlidə kənd təsərrüfatına maraqla yanaşsın. Fikirləşirəm ki monopoliya aradan qaldırılmadığı müddətdə hər hansısa qida məhsulunun qiymətinin azalmasından danışmaq olmaz”.

Ekspertin sözlərinə görə, ailə təsərrüfatına üstünlük verilməlidir: “Hər bir əkincinin məhsulu harda əkməyindən asılı olmayaraq əkincilərə bir başa marketlərin içində şərait yaradılmalıdır. Əgər, Naxcıvanda şərait yaradılırsa Azərbaycandada bu şəraiti yaratmaq olar. Kəndiliyə şərait yaradılmadığı üçün heç kim meyvə tərəvəzlərdən normal alıb qidalana bilmir”.

Ülviyyə Həsənli.
Qərb Xəbər.

Paylaş
Burada sizin reklamınız ola bilər