Bölgə xəbərləri

Sabah rayonlarda 42 dərəcə isti olacaq

17 avqust / 12:25 1 dəq
Hava
17 avqust / 12:25
Burada sizin reklamınız ola bilər

Avqustun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim cənub-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər