Bölgə xəbərləri

Bir ailə qəzaya düşüb, ölən var

10 avqust / 14:59 1 dəq
1641706854 d5da28d4155090836493725485010635950
10 avqust / 14:59
Burada sizin reklamınız ola bilər

Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

“Qərb Xəbər”in məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü – Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü – Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər