Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Gəncə Tibb Kollecində məzun günü – Foto

3 iyun / 12:56 3 dəq
Gence tibb kolleci 030619
3 iyun / 12:56
Burada sizin reklamınız ola bilər

Azərbaycanda orta tibb işçiləri hazirlayan ən qocaman təhsil müəssisəsi olan Gəncə Tibb Kollecində məzun günü keçirilib. 1931-ci ildən fəaliyyət göstərən kollecdən bu gündək 55 min tələbə məzun olub. 2018-2019-cu tədris ilində təhsil ocağını müalicə işi, mamalıq, əczaçılıq və tibb bacısı ixtisasları üzrə 213 tələbə məzun adını qazanıb.

Məzun günündə tələbələri salamlayan kollecin direktoru Mehman Rzayev yüksək keyfiyyətli təhsil almaq üçün tibb təhsil müəssisəsində yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri və texniki təhcizi ilə bərabər həm də həkim və orta tibb işçilərinin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparır:

M.Rzayev əlavə edib: “1931-ci ildən fəaliyyət göstərən kollecimiz son iki ildə yüksək səviyyədə təmir olunub və müasir avadanlıqlarla təhciz olunub. Bildiyiniz kimi hazırda 7 ixtisas üzrə tələbələrimiz hazırlanır. Yaxın vaxtlar çox yüksək texniki təminatı olan stomotoloji laboratoriya fəaliyyətə başlayacaq. Artıq bütün avadanlıqlar alınıb və quraşdırılıb. Bu yaradılan şərait yüksək bilik və bacarığa malik tələbələr yetişdirməyə imkan verəcək. Ümidvaram ki, bu gün məzun olacaq yetirmələrimiz gələcəkdə istənilən tibb müəssisələrində yüksək səviyyədə əhaliyə tibbi xidmət göstərə biləcək”.

Sonra 3 il müddətində təhsil və Gəncə Tibb Kollecinin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olunub.

Kolleci böyük ruh yüksəkliyi ilə tərk edəcək məzunlar onlara verilən bilik və bacarıqlara görə, yaradılan gözəl şəraitə görə kollecin rəhbərliyinə və müəllimlərə öz minnətdarlığını bildirən tələbələr 3 il müddətində əldə etdikləri elmi bilikləri və təcrübələrini insanların sağlamlığı naminə istifadə ediləcəklərinə söz veriblər.

Sonda kollecin dərnək üzvlərinin ifasında mahnı və kompozisiyalar tədbirə rəngarənglik qatıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı