Bölgə xəbərləri

Azərbaycan Ordusunun mühəndis bölmələri məşğələlər keçirir

1 avqust / 12:26 1 dəq
677a8b24 b0c9 31a9 946f 4fff12d8cc6b
1 avqust / 12:26
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir.

“Qərb Xəbər” bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səhra şəraitində keçirilən məşğələlərdə hərbi qulluqçular müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər