Kateqoriyasız

MN: “Erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədib”

26 iyul / 11:50 1 dəq
58180cf1 d574 3d8b a95a fbd1504af75f
26 iyul / 11:50
Burada sizin reklamınız ola bilər

Ötən sutka ərzində erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib.

Bu barədə “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən məlumat verir.

“Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”, – nazirlikdən qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər