Bölgə xəbərləri

Azərbaycanda bu il üçün əkin və məhsul subsidiyalarının məbləği artırılıb

25 iyul / 10:30 3 dəq
0bbaedca a763 4f0f 8ef7 9c68b4678cc5
25 iyul / 10:30
Burada sizin reklamınız ola bilər

Aqrar Subsidiya Şurası ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə bu il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib.

“Qərb Xəbər” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının artımı və yekun əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:

Bitki növləri Aqrar Subsidiya Şurasının 30 avqust 2021-ci il qərarı ilə təsdiqlənən Əkin subsidiyasının artımı (manat/ha) Yekun əkin əmsalı Yekun əkin subsidiyası (manat/ha)
əkin əmsalı Əkin subsidiyası (manat/ha)
Əsas əkinlər
Buğda 1,05 210 80 1.45 290
Arpa 1,05 210 68 1.39 278
Covdar 1,05 210 68 1.39 278
Tritikale 1,05 210 68 1.39 278
Baş soğan 1,3 260 70 1.65 330
Kələm 1,3 260 50 1.55 310
Sarımsaq 1,3 260 50 1.55 310
Kartof 1,4 280 80 1.8 360
Təkrar əkinlər 0.43 86 24 0.55 110

Pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyasının artımı və yekun məhsul subsidiyasının məbləği isə aşağıdakı kimi müəyyən olunub:

Bitki növləri Aqrar Subsidiya Şurasının 30 avqust 2021-ci il qərarı ilə təsdiqlənən Məhsul subsidiyasının artımı

(manat/ton)

Yekun məhsul əmsalı Yekun məhsul subsidiyası (manat/ton)
Məhsul əmsalı Məhsul subsidiyasının məbləği (manat/ton)
Pambıq 0,85 170 14 0.92 184
Tütün:
Virciniya sortu, yaş 0,13 26 4 0.15 30
digərləri: quru 0,9 180 30 1.05 210
yaş 0,09 18 3 0.105 21
Şəkər çuğunduru 0,06 12 4 0.08 16

İntensiv fındıq, nar, zeytun, limon, kinkan, naringi və portağal bağlarının, habelə şabalıd və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün verilən (bir dəfəyə məxsus) əkin subsidiyası ötən il sentyabrın 1-dən salınmış və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində ilk dəfə bəyan edilmiş bağlara şamil edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər