Ərdoğan: “Türkiyə ilə İran terrora qarşı birgə mübarizə aparmalıdır”
PKK-YPG, FETÖ və digər terror təşkilatları həm Türkiyə, həm də İranın baş bəlasıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, iki ölkə bu terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır. Ərdoğan Türkiyə və İranın müdafiə sənayesi, neft-qaz sahəsində də əməkdaşlığı artırmaq üçün potensialın olduğunu əlavə edib.
Türkiyə Prezidenti Tehranda Türkiyə, İran və Rusiya liderlərinin Astana prosesi çərçivəsində baş tutacaq iclasının da önəmli olduğunu vurğulayıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı