Azərbaycanda alternativ enerji istehsalının böyük potensialı artıq Avropa İttifaqı tərəfindən də təqdir edilir.
“Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.
Prezident İlham Əliyev İƏT-in Baş katibini qəbul edib – YENİLƏNİB
Azərbaycan Prezidenti: “İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq və ixrac ediləcək” – VİDEO
İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 1 mln. manat artırılıb
Prezident İlham Əliyev bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb.
“Biz artıq öz potensialımıza dair ilkin qiymətləndirmə aparmışıq və mən deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır. Xəzər dənizinin külək enerjisi potensialı 157 geqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var”, – Azərbaycan Prezident bəyan edib.