Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
QHT Xəbər

Bərdədə əl işi sərgisi keçirilib

1 iyun / 22:09 2 dəq
2z
1 iyun / 22:09
Burada sizin reklamınız ola bilər

İyunun 1-i Bərdə şəhərində Alman Beynəlxalq Əməkdaşlığı Cəmiyyətinin (GIZ) ofisində “Art Makers” adlı sosial biznes layihəsi çərçivəsində Bərdə və ətraf rayonlarda yaşayan evdar qadınların əl işi məhsullarının sərgisi keçirilib.

“Bölgənin Səsi” saytına daxil olan məlumata görə, sərgidə dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştirak edib.

7 qadının əl işi məhsullarının göstərildiyi sərgidə satış da olub. Açılış mərasimində çıxış edən layihə rəhbəri Ülviyyə Babayeva, “Art Makers” layihəsi haqqında qonaqlara məlumat verərərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi bijuteriya məhsulları hazırlama bacarıqları olan, Bərdə və ətraf rayonlarda yaşayan qadınların əl işlərinin www.jwlry.az saytı vasitəsilə satılması və maddi gəliri aşağı olan qadınlara dəstək olunmasıdır”.

Qeyd edək ki, “Art Makers” layihəsi Amerika Səfirliyinin dəstəyi ilə Education Hub təşkilatı tərəfindən keçirilən SEL layihəsi çərçivəsində maliyyələşdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı