Bölgə xəbərləri

Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb

18 iyul / 13:09 2 dəq
C4bd8253 797f 4364 b8e1 9235a96448af
18 iyul / 13:09
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda narkotik xassəli çətənə əkən şəxslər saxlanılıb.

Məsələ ilə bağlı “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda deyilir ki, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılan şəxs Mehman Bayramovdan fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkilərinin olması müəyyən edilib. Əraziyə baxış zamanı oradan 17 ədəd ümumi çəkisi 5 kq-dan çox olan narkotik çətənə kolları aşkarlanaraq götürülüb.

Bundan başqa şöbənin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sənani Cəfərovun yaşadığı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Aşkarlanan çətənə kolları ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ülviyyə Həsənli.
Qərb Xəbər.

Paylaş
Burada sizin reklamınız ola bilər