Tovuzda 36 yaşlı qadın bıçaqlanıb
Tovuzda 36 yaşlı qadın bıçaqlanıb.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Avdal kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü G.Rzayeva mübahisə zəminində bir bıçaq xəsarəti alıb.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Qadını bıçaqlamaqda onun həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı