Bölgə xəbərləri

Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşüb

13 iyul / 13:31 1 dəq
E7747431 4bac 3f35 be7c eceb9dd1ed2e
13 iyul / 13:31
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 13-də Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

“Qərb Xəbər” Nazirlər Kabinetinə istinadən məlumat verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Şəhərlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Bu baxımdan Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iki ölkənin şəhərləri arasında imzalanacaq qardaşlaşma haqqında memorandumların önəmi vurğulanıb.

Həmçinin Azərbaycan ilə Gürcüstan arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər