Bölgə xəbərləri

Delimitasiya prosesi necə gedir? – Nazirdən açıqlama

7 iyul / 17:48 1 dəq
6799300
7 iyul / 17:48
Burada sizin reklamınız ola bilər

Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının növbəti iclasını komissiyaların sədrləri razılaşdırmalıdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ümumilikdə sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir.

“Bir məqamı qeyd edim. Sərhəd Komissiyası formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı”,-deyə o əlavə edib.

Nazir bildirib ki, Birgə Sərhəd Komissiyasının gələcək iclaslarına dair razılaşma əldə edildikdən sonra, onun yeri də müəyyən ediləcək.

Trend

Paylaş
Burada sizin reklamınız ola bilər