İyunun 30-u Sosial media günü olaraq qeyd edilir
Qısa zamanda sosial media insanların öz həyatlarını ailəsi, dostları və dünya ilə necə bölüşdüklərini yenidən təyin etdi. 2002-ci ildə Friendster və 2003-cü ildə MySpace-in istifadəyə verilməsi ilə sosial media əsas cərəyana çevrildi.
Daha sonra 2004-cü ildə sosial medianın kralı Facebook quruldu. Twitter 140-dan az simvol ilə düşüncələrimizi qısa və konkret ifadə etməyə təşviq etdi. Youtube artıq illərdir ki, pop müsiqisinin incəliklərindən tutmuş müxtəlif məzmunlu videoların yer aldığı bir nömrəli platformadır. Sosial media həmçinin həyatımızdakı vacib insanlar haqqında məlumat almağı və olarla daim əlaqədə qalmağı mümkün edir. Sinif yoldaşları, keçmiş iş yoldaşları və digər şəxslərlə yenidən əlaqə yaratmaq da sosial medianın dəyərli bir hissəsidir. Sosial media əlaqə qurmağıdığın və heç tanımadığın qohumları tapmaq imkanı da yaratdı. Bəli, ailə ağacı da sosial media platformasına çevrildi. MyHeritage, Ancestry platformaları vasitəsilə uzaq ailə üzvlərinin potensial olaraq görüşdükləri və ailə ağaclarını tikdikləri bir sosial platformadır.
Ülviyyə Həsənova





