Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

“Statistik göstəricilər həqiqəti əks etdirmir” – İqtisadçı

30 iyun / 17:51 4 dəq
Pullar
30 iyun / 17:51
Burada sizin reklamınız ola bilər

2022-ci ilin dövlət büdcəsindən bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq.

Bu barədə məlumat 2022-ci il dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Məlumata əsasən, 2022-ci ilin dövlət büdcəsindən bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq. Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqatalaya bu il dövlət büdcəsindən dotasiya ayrılmayacaq.
Məsələ ilə “Qərb Xəbər”ə danışan iqtisadçı Nazim Bəydəmirlinin sözlərinə görə, statistik məlumatlara inansaq bəzi rayonlar öz-özünün təmin edir.

na_25

“Biz federal dövlət deyilik. Başqa ölkələr kimi yerli büdcə dedikdə bələdiyyə büdcəsi nəzərdə tutulur. Eyni zamanda bir neçə il bundan qabaq, mövcud statiskaya dəyişiklik olduğuna görə vergi toplanışı mərkəzləşdirilmiş qaydada olub. Vergi büdcəyə toplanılan vəsaitlər yerlilərdən, müxtəlif rayonlardan, bəzi hüquqi şəxslərin vergiləri, hesabatları qeydiyyatda olduğu yerdə deyil. Fəaliyyətdə olduğu yerdə statistik məlumatlar verdiyinə görə belə görünüş yaranır ki, Azərbaycan da guya bəzi bölgələr öz-özünü təmin edir. Burada böyük bir səhv var. Azərbaycanda sadəcə Bakı və Abşeron iqtisadi rayonları özlərini təmin edə bilir. Ona görə, hər hansı bir bölgənin dotasiyasız yaşaması üçün gərək həm onun qazancı, həm də yerli büdcəsi yüksək olsun. Ancaq bizdə bu prosses hələdə ləng gedir. Faktiki olaraq heç bir region özü-özünü təmin etmir”.
Bundan başqa iqtisadçı statistik göstəricilərin həqiqəti əks etdirmədiyini deyib: “Kağız üzərində bəzi qurumların özəl şirkətə mənsub olan qurumların fəaliyyət göstərdiyi yerlərdə qeydiyyata alınması bu sadəcə rəqəmlərlə oynamaqdır. Rəqəmlərin yerini dəyişməklə cəm dəyişən deyil. Yəni bizə təqdim edilən rəqəmlər həqiqəti əks etdirmir.Hətta belə Naxçıvan dövlət büdcəsindən subsidiya alır. Azərbaycanda iqtisadiyyatın demək olar ki, 90 faizi Bakı və Bakı ətrafında cəmləşib.Yerdə qalan digər bölgələrin demək olar ki hamısı dotasiya hesabına maliyyələşir. Sadəcə tənqidlərdən yayınmaq üçün bəzi fəndlər işlədirlər. Bizim ölkəni digər ölkələrlə müqayisə etmək,yerli büdcə və mərkəzi büdcə adlandırmaq savadsızlıqdır, iqtisadi savadsızlıqdır. Maliyyə Nazirliyi, Siatistika Komitəsi, İqtisadiyyat Nazirliyi və müxtəlif orqanlar elə təsəvvür edirlər ki, guya bizdə yerli büdcə var. Bizdə yerli büdcə yoxdur. Yerli büdcə dedikləri isə bələdiyyə büdcəsidir. Bələdiyyənin özü də dövlət büdcəsindən dotasiya alır. Azərbaycan unitar ölkə olduğuna görə bütün rayonlar demək olar ki, mərkəzdən dotasiya alır. Ancaq o rəqəmlər dotasiya kimi qeydə olunur, onlar sadəcə statistikada başqa cür göstərilir”.

Minayə Alıyeva

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı