Bölgə xəbərləri

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

24 iyun / 11:38 1 dəq
F3f6f1cb d606 32a6 a3f5 cb0cb33a148a
24 iyun / 11:38
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

“Qərm Xəbər” bildirir ki, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olunub.

BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edilib. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunulub, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulanıb.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər