Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı artıb

30 may / 11:37 2 dəq
15591999806414759750 1000x669
30 may / 11:37
Burada sizin reklamınız ola bilər

Bu il aprelin 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 121 min 230 baş, xırdabuynuzlu heyvanların sayı isə 754 min 918 baş olub ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəriciləri 16,2 və 19,5 faiz üstələyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının artımının və cins tərkibinin yaxşılaşdırılmasının nəticəsi olaraq 2019-cu ilin yanvar-aprel aylarında muxtar respublikada diri çəkidə 7939,7 ton ət, 25675,6 ton süd istehsal olunub. Bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 38,3 və 16,1 faiz çoxdur.

Bu dövrdə 36 milyon 413 min 600 manatlıq heyvandarlıq məhsulları istehsal edilib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Heyvandarlığın inkişafı istiqamətində cari ilin yanvar-aprel aylarında 5 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Bu sahə ilə məşğul olan təsərrüfat subyektlərinə cari ilin yanvar-aprel aylarında bank və kredit təşkilatları tərəfindən 2 milyon 409 min 700 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 44 faiz çoxdur. Ümumilikdə, son on ildə bu sahəyə 74 milyon 597 min 500 manat kredit verilib.

Yanvar-aprel aylarında muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 3909 baş inək, düyə və camış süni yolla mayalandırılıb, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 3932 baş sağlam bala alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı