Bölgə xəbərləri

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib

14 may / 17:19 1 dəq
Qerbxeber 20220514
14 may / 17:19
Burada sizin reklamınız ola bilər

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər” məlumat verir ki, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlardan biri Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Bahar Şakir qızı Əfəndiyevadır. Yarılılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

#qazax #qeza #yolqezasi

Paylaş
Burada sizin reklamınız ola bilər