Şəmkirdə yeniyetməni maşın vurub
Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
“Qərb Xəbər” məlumat verir ki, hadisə rayounun Elpərəs Hüseynov küçəsində qeydə alınıb.
Hərəkətdə olan “NİVA” markalı minik maşını yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Nürəddin Namazovu vurub.
Piyada xəstəxnanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.





