Maska qadağası nə vaxt ləğv olunacaq?
Azərbaycanda karanetin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib.
“Qərb Xəbər”in məlumatına görə, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.





