Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının görüşü olub

20 aprel / 12:10 3 dəq
E30600b05627b95afd9dad75db06efdd
20 aprel / 12:10
Burada sizin reklamınız ola bilər

Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində aprelin 19-da iki ölkənin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin görüşü keçirilib.

24News.ge xəbər verir ki, Gürcüstan Parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze həmkarlarını ölkəsində salamlayaraq, belə görüşlərin keçirilməsinin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu deyərək, xalqlarımızın tarix boyu mehriban əlaqələrindən bəhs edib.

Dostluq qrupunun rəhbəri parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini, qanunverici orqanlar arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə inamını bildirib. Bu sahədə əlaqələrin gücləndirilməsində, habelə informasiya və təcrübə mübadiləsi baxımından parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli olduğunu vurğulayıb.

Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev səmimi görüşə görə təşəkkürünü bildirib. O, Gürcüstanın bizim üçün yaxın dost və müttəfiq olduğunu, ölkələrimiz arasında əlaqələrin tarixi köklərə söykəndiyini deyib, dövlətlərimizin strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib.

Milli Məclisin deputatı bildirib ki, qanunverici orqanlarımız dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bu qruplar arasında mütəmadi əlaqələrin qurulması qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir. Qeyd edilib ki, postpandemiya dövründə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da güclənməsinə təkan verəcək. Bildirilib ki, hər iki ölkə parlamentinin deputatları, eyni zamanda, mötəbər beynəlxalq parlament qurumları çərçivəsində də səmərəli əməkdaşlıq edirlər, bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı