İqtisadiyyat

Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb

27 may / 16:32 2 dəq
21291c70 a135 4d79 b1b6 b17eec4c1ef2
27 may / 16:32
Burada sizin reklamınız ola bilər

Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

Bu gün bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb. O, ölkədə 30-a yaxın bu cür assosiasiyanın fəaliyyət göstərdiyini, təmsil etdiyi qurumun taxılçılıq sahəsində fəaliyyət göstərən sahibkarları da dəstəklədiyini, ölkədə taxılçılığın inkişafı üçün assosiasiyanın yaradılmasının vacibliyini bildirib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, indiyə qədər Azərbaycanda 50-yə yaxın iri fermer təsərrüfatı yaradılıb: “Bu təsərrüfatlardan 24-nə 162. mln manat güzəştli kredit verilib”.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov çıxış edib. O bildirib ki, yaxın vaxtlarda ölkədə daha 3 yeni assosiasiyanın yaradılması planlaşdırılır.

Tədbir çərçivəsində Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının nizamnaməsi qəbul edilib, həmçinin qurumun İdarə Heyətinin sədri seçilib. Bu vəzifə Taleh Qasımova həvalə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər