İqtisadiyyat

Kənd təsərrüfatı naziri Qazaxda vətəndaşları qəbul edəcək

12 mart / 19:01 1 dəq
383f5bb7 bae0 40a3 be8a 16fb38765a56
12 mart / 19:01
Burada sizin reklamınız ola bilər

Kənd təsərrüfatı naziri İnam Kərimov martın 16-da, saat 11:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.

Görüşdə iştirak etmək istəyənlər adı çəkilən DAİM-ə (055-210 64 84) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Paylaş
Burada sizin reklamınız ola bilər