Kateqoriyasız

“Kənd icmalarında qadın liderlər” layihəsi davam edir

15 aprel / 12:18 1 dəq
278176834 500219341759772 6348649833150371124 n
15 aprel / 12:18
Burada sizin reklamınız ola bilər
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir.

Qərb Xəbər“in məlumatına görə, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin beşincisi Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbndə baş tutub. Təlim kursunda 16 kənd sakini olan qadın iştirak edib.

Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.
Qeyd edək ki, təlimlər İradə Həsənova tərəfindən keçirilir. Layihə çərçivəsində daha 2 kənddə təlimin keçirilməsi nəzərdə tutulur.
Paylaş
Burada sizin reklamınız ola bilər