“Kəpəz” icazəsiz pankarta görə cərimələnib
AFFA İntizam Komitəsi “Kəpəz” klubunu cəzalandırıb.
“Qərb Xəbər” məlumat verir ki, buna Gəncə təmsilçisinin səfərdə “Turan Tovuz”a 2:3 hesabı ilə uduzduğu I Divizionun XXI tur oyununda baş vermiş hadisələr səbəb olub.
“Kəpəz” 5 futbolçusunun sarı vərəqə alması üzündən 80 manat, azarkeşlərin icazəsiz pankart açmasına görə isə 160 manat cərimə olunub. Həmin pankartda baş məşqçi Yaşar Vahabzadənin istefası tələb olunub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı