Sosial

Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

14 aprel / 12:12 2 dəq
B79b6919 d35b 3f50 b043 17e3d5b46e7d
14 aprel / 12:12
Burada sizin reklamınız ola bilər

“Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”.

“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.

O qeyd edib ki, hazırda həmin qrupların sayı ölkədəki 1-5 yaşlı uşaqları tam əhatə etmir: “Ona görə də məktəblərdə belə qrupların yaradılması məhz həmin boşluğu doldurmaq məqsədi daşıyır. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 % civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 95 % olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.

V.Yaqublu bildirib ki, məktəblərdə çalışan müəllimlərin bağçada işləməsi üçün məhz bu sahədə təhsil almalıdırlar.

Paylaş
Burada sizin reklamınız ola bilər