Keşikçidağda son tamamlama işləri aparılır – FOTO
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Keşikçidağda aparılan tamamlama işləri ilə bağlı məlumat yayıb.
“Qərb Xəbər”in quruma istinadən xəbərinə görə, Keşikçidağ mağaralar kompleksinin ərazisinə çəkilən asfalt yolun başlanğıcında inşa edilən məlumat lövhəsinin son tamamlama işləri aparılır.
Qeyd edək ki, dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Sagareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.





