Bölgə xəbərləri

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

10 aprel / 14:21 1 dəq
16254919106409963240 1000x669
10 aprel / 14:21
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Xəlilova Rüxsarə Həsən qızı Əsrik Cırdaxan kənd xətti üzrə çalışan marşrut avtobusundan düşüb yolu qarşı tərəfə keçmək istəyən zaman “Mercedes” markalı avtomobil onu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər