Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

“Azəriqaz” sədri Ruslan Əliyev şirkət tərəfindən qaz sayğacının dəyişdirilməsini etiraf etdi

8 aprel / 17:50 2 dəq
Ruslan əliyev
8 aprel / 17:50
Burada sizin reklamınız ola bilər

“Sayğac dəyişmə üzrə hər-hansı plan və məcburiyyət qoyulmayıb ki, hansısa abonentin sayğacı məhz filan gün dəyişdirilməlidir. Əməkdaşlarımız arasında töhmət alan 300 nəfər məhz bu səbəbdən cəzalandırılıb”.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev abonentlərin xəbəri olmadan sayğacların dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kifayət qədər dəyişiləsi, eləcə də dövlət yoxlanılmasına getməli olacaq 800-ə yaxın sayğac var:

“Bu gün o sayğaclar dövlət yoxlanılmasına getməlidir. Bizim texniki heyət sayğac dəyişdirilməsi ilə bağlı prosesdə iş planını abonentlərin iş saatlarına uyğun tənzimləməlidir. Razıyam ki, təəssüf ki, bu hallar var. Bu hallara qarşı da biz ciddi tədbirlər görürük. Çünki sayğacın çıxarılması abonentin iştirakı ilə həyata keçirilməyibsə, sayğacdakı hər-hansı qüsur və digər məsələlər heç bir halda təsdiqini tapmayacaq. Əgər sayğacda hansısa qüsur varsa və “Azəriqaz” İB-yə ziyan vurulubsa, ona dəymiş ziyan hesablanarsa, sənədə baxılır. Həmin sənəddə abonentin sayğac çıxarılan zaman iştirakının olub-olmamasının imza ilə təsdiqinə baxılır. Əgər olmayıbsa, artıq məhkəmə qərarı qurumun əleyhinə çıxır, ümumi bizim işimizə də problem yaradır. Ona görə biz özümüz də maraqlıyıq ki, sayğac dəyişdirilməsi zamanı abonentin iştirakı mütləq təmin edilsin”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı