Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Azərbaycan, Türkiyə və Gürcüstan elit qüvvələri Şuşada – Anlaşma Memorandumu üçün özəl toplantı

8 aprel / 10:45 2 dəq
Xüsusi təyinatlı qüvvələr
8 aprel / 10:45
Burada sizin reklamınız ola bilər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Şuşada keçiriləcək birgə iclasında Azərbaycan, Türkiyə, Gürcüstan xüsusi təyinatlı qüvvələrinin təliminə dair sənəd müzakirəyə çıxarılacaq.

Sənəd üç ölkə arasında imzalanıb və “Qafqaz qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandumu adlanır.

“Qərb Xəbər” məlumat verir ki, sənəddə bildirilir ki, təlimlər regionda xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılması və koordinasiyasını asanlaşdırmaq məqsədi daşıyacaq.

Təlimlərə cəlb olunacaq qüvvələrin statusu barədə, birgə məşqlər zamanı yarana biləcək nizam-intizam və cinayət yurisdiksiyası ilə bağlı məsələlər NATO standartlarına uyğun olaraq tənzimlənəcək.

Sənəddə Azərbaycan, Türkiyə və Gürcüstan arasında həmin Anlaşma Memorandumu çərçivəsində məxfi məlumatları mübadilə edə biləcəyi göstərilir.

Memorandumun qüvvədə olma müddəti 1 il göstərilir, bu müddət bitəcəyi təqdirdə tərəflərdən biri sənədin ləğvi barədə yazılı bildiriş göndərməsə, həmin zaman sonrakı bir il müddətinə qədər uzadılır.

Qeyd edək ki, təlimlər sənədə imza atan ölkələrin hər birinin ərazisində keçirilə bilər.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı