Dünya

Çin XİN: “Azərbaycanla Ermənistan arasında danışıqları alqışlayırıq”

7 aprel / 15:25 1 dəq
Aliyev
7 aprel / 15:25
Burada sizin reklamınız ola bilər

“Çin Azərbaycanla Ermənistan arasında Brüsseldə keçirilən danışıqları alqışlayır”.

“Qərb Xəbər” məlumat verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Rəsmi Pekin tərəflərin atəşkəs haqqında razılaşmaya birlikdə əməl edəcəyinə, regional sülh və sabitliyi dəstəkləyəcəklərinə ümid edir”, – o söyləyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan və Ermənistan Çinin tərəfdaşıdır: “Biz fikir ayrılığının danışıqlar yolu ilə həllini alqışlayırıq”.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər