Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Azərbaycanda bu hallarda işçinin işdən azad edilməsi qadağandır – AÇIQLAMA

7 aprel / 14:00 3 dəq
Işçi
7 aprel / 14:00
Burada sizin reklamınız ola bilər

Azərbaycanda hamilə və ya 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsi qadağandır.

“Qərb Xəbər” məlumat verir ki, mövcud qadağa ölkə qanunvericiliyi ilə tənzimlənir.

Belə ki, hamilə və ya 3 yaşınadək uşağı olan analardan əlavə bu şəxslərin də əmək müqaviləsinin ləğvi qadağan olunur:

– Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

– Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

– Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

– İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

– Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

– Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin;

Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi (70-ci maddənin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddə ilə xitam verilən hallar istisna olunmağa) qadağandır.

“Qanunvericiliyə uyğun olmadan xitam verildiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürən inzibati məsuliyyətə cəlb olunur və qanun pozuntusunun aradan qaldırılması üçün müvafiq tədbir görülür, pozulmuş hüquqlarının bərpası təmin edilir”, – deyə bildirilir.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı