Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

“Məmurlar da narkomaniyaya görə yoxlanılmalıdırlar” – Deputat

7 aprel / 13:53 3 dəq
Məmur
7 aprel / 13:53
Burada sizin reklamınız ola bilər

“Narkomaniya bir faciədir. Onunla mübarizə təkbaşına aparıla bilməz. Tütünçəkmə, alkoqolizm və narkomaniya ilə kompleks tədbirlərlə birgə mübarizə aparılmaldır”.

“Qərb Xəbər” məlumat verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan deputat Fazil Mustafa deyib.

O bildirib ki, narkomaniya ilə mübarizəni dövlət təhlükəsizliyi məsələsi kimi gündəmə gətirmək lazımdır:

“Cəmiyyət səfərbər olmasa, Azərbaycanda sosial problemlər yaranmağa davam edəcək. Bu sabah təhsil sahəsində, mədəniyyətdə də ciddi problemlər yaradacaq. Bu problemin hərbi sahədə yaranması daha dəhşətli ola bilər. Dünən Milli Məclisdə müzakirə edilən məsələlərdən biri bu bəlanın cəmiyyətdə bir ayrı formada özünü büruzə verməsidir. Əgər 10 nəfər zabitin içərisində bir nəfər narkoman olsa, o da digərlərini yoluxdursa, bu, faciəyə yol açar. Biz narkomaniya ilə mübarizəni düzgün qurmadığımıza görə hamını tutur, həbsxanaya göndəririk. Həbsxanada narkotik aludəçisi olmayan, hələ beş-on il cəza çəkəcək insanlar da bunlara qoşulurlar. Ona görə də bu problem qalır.

Bu səbəbdən də hərbi sahədə belə yoxlamalar həyata keçirilir. Bu hamıya, eləcə də məmurlara da şamil edilməlidir, hamısı yoxlanılmalıdır. Daxili işlər naziri bu sahədə sərt mövqe tətbiq edir və polislər arasında belə bir hallar aşkarlanarsa, dərhal işdən azad olunurlar. Bir çox qurumlarda bu istiqamətdə mübarizə aparılır. Lakin bu cəzanı sərtləşdirməklə həll etmək olmur, cəzanın sərtləşməsi insanların düzəlməsinə gətirib çıxarmır”.

F.Mustafa qeyd edib ki, ölkədə narkomaniya ilə mübarizə aparan müəssisələrin şəraiti yoxdur:

“Ölkədə narkomaniya ilə mübarizə aparan altı mərkəz var ki, reabilitasiya üçün heç bir şəraiti yoxdur. Narkotik aludəçisi olan adamın müraciət edəcək yeri yoxdur. Özəl sektorun da bu sahədə inkişafına şərait yaradılmır, stimullaşdırılmır. Bizim statistikamız da düzgün aparılmır, yalandan özümüzü aldatmayaq. Statistik rəqəmlərdə 30 min göstərilsə də, 300 mindən artıq narkotik maddə istifadəçisi var. Cəmiyyətdə maariflənmə tədbirləri düzgün aparılmasa, gələcəkdə bu problem o qədər böyüyəcək ki, qarşısını almaq mümkün olmayacaq”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı