QHT Xəbər

“Kənd icmalarında qadın liderlər” layihəsi davam edir

4 aprel / 12:22 1 dəq
WhatsApp Image 2022 04 05 at 06.25.50 (2)
4 aprel / 12:22
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir.

“Qərb Xəbər”in məlumatına görə, aprelin 4-də Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlim Qazax rayonu Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbində baş tutub.

Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.

#ivt #innovativ #QHT #QhtAgentliyi

Paylaş
Burada sizin reklamınız ola bilər