Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

DİM ərizə qəbulu sistemini yenidən aktiv edib

6 aprel / 11:31 2 dəq
Dim dovlet imtahan merkezi 110417 (1)
6 aprel / 11:31
Burada sizin reklamınız ola bilər

Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə məlumatı DİM yayıb.

Bildirilib ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər aprelin 6-dan 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər.

  • Bu il buraxılış imtahanı vermiş, lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;
  • Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları

Bu abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.

Qeyd: Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlər çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda qeydiyyatdan keçə bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı