Kateqoriyasız

Ərdoğandan çağırış: “Erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin edilsin”

31 mart / 16:42 1 dəq
Resep tayyip erdoğan
31 mart / 16:42
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın üçtərəfli bəyanata tam əməl etdiyini bildirib.

 

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə dövlət başçısı yerli jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Azərbaycanın üçtərəfli bəyanatı pozmadığını vurğulayıb.

O, Azərbaycan Ordusunun erməni silahlı dəstə üzvlərinin növbəti təxribatına cavab verdiklərini diqqətə çatdırıb.

“Əsas odur ki, üçtərəfli bəyanatın bəndlərinə uyğun olaraq, erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”, – Ərdoğan qeyd edib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər