Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Taxıl biçininə başlanılıb

24 may / 18:19 2 dəq
1e6c8c1b 2fc3 490a 9c7c 1bce31ede036
24 may / 18:19
Burada sizin reklamınız ola bilər

Kürdəmir rayonunda taxıl biçininə start verilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov məlumat verib.

Onun sözlərinə görə, taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər: “Fermerlər ilk gündə 100 hektara qədər sahədə biçin aparıblar. Taxıl zəmilərindən ilkin olaraq arpa biçilir və orta məhsuldarlığın keçən ildəkindən fəqli olaraq 35 sentner təşkil edəcəyi proqnozlaşdırılıb”.

M.Kərimov deyib ki, bu il kürdəmirli fermerlər 48 000 hektar sahədə taxıl yetişdiriblər: “Taxıl əkilən sahələrin 18 000 hektarını buğda, 30 000 hektarını isə arpa zəmiləri təşkil edir. Əgər hava şəraiti imkan verərsə, biçini iyunun 25-nə kimi sona çatdıra biləcəyik. Əvvəlki illərdən fərqli olaraq, bu il sahələrdə kombayn çatışmazlığı da olmayacaq. Bununla bağlı xüsusi komissiya yaradılıb. Hər hansı sahədə kombayn çatışmazlığı yaranarsa, dərhal həmin sahələr kombaynla təhciz olunacaq”.

Qeyd edək ki, taxıl biçininə 170 kombayn cəlb edilib. Rayonun daha çox taxıl əkilən Karrar, Qarasaqqal, Qarasu, Ərəbqubalı, Muradxan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil qaydada başlayıb və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olacaqlarını deyirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı