“Avropa Birliyi rus qazının pulunu rublla ödəməyəcək”.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
Onun sözlərinə görə, bu variant qəbuledilməzdir. Bu, Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ziddir.
“Bu, sanksiyalardan yayınmaq deməkdir. Biz məhdudiyyətlərimizin aşılmasına imkan verməyəcəyik”, – deyə o bildirib.